Ərzaq daşıyan daha iki gəminin Ukrayna limanlarından göndərilməsinə icazə verib
04-sen-2022İstanbuldakı Birgə Koordinasiya Mərkəzi sentyabrın 3-ü Ukrayna limanlarından ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib.
Trend-in məlumatına görə, bu barədə Koordinasiya Mərkəzindən bildirilib.
"Birgə Koordinasiya Mərkəzi bu gün 14250 ton taxıl və digər ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib. Sentyabrın 4-də "Mrc Lina" gəmisi Yujnı limanından 7,8 min ton günəbaxan yağı ilə Türkiyənin Mersin vilayətinə, "General Polad Нashimov" gəmisi isə Çernomorskdan 6,45 min ton günəbaxan yağı ilə Mersinə yola düşəcək", - deyə qeyd olunub.
Bundan əlavə, hava şəraiti ilə əlaqədar hərəkəti təxirə salınmış Ukrayna limanlarından taxıl, qarğıdalı, kolza, noxud və digər ərzaq məhsulları daşıyan on quru yük gəmisi sentyabrın 4-də yola düşəcək. Gəmilər Çin, İspaniya, Hindistan, Misir, Hollandiya, Türkiyə, İtaliya və Yunanıstana yollanacaq.