Bu gün:
Xezer.info » Dünya » Yaponiyada tayfun səbəbindən 4 mindən çox ev işıqsız qalıb

Yaponiyada tayfun səbəbindən 4 mindən çox ev işıqsız qalıb


Yaponiyada tayfun səbəbindən 4 mindən çox ev işıqsız qalıb
Yaponiyanın Okinava prefekturasında “Hinnamnor” qasırğasının səbəb olduğu fırtınalı küləklərə görə ən azı 4300 ev işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı bildirib.

Məlumata əsasən, prefektura rəhbərliyi bərpa işlərinə başlayıb.

Qeyd edək ki, ötən gün 100 mindən çox Okinava sakini ekstremal hava şəraiti və torpaq sürüşmələri səbəbindən yerli təxliyyə tapşırığı alıb.