M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılır
03-sen-2022Sentyabrın 5-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.