Bu gün:
Xezer.info » Qarabağ » Ermənilər Azərbaycanın tikdiyi yolun keyfiyyətinə heyran qalıblar

Ermənilər Azərbaycanın tikdiyi yolun keyfiyyətinə heyran qalıblar


Ermənilər Azərbaycanın tikdiyi yolun keyfiyyətinə heyran qalıblar
Ermənistanın "Hraparak" nəşrində Azərbaycanın Qarabağ bölgəsinə səfər etmiş jurnalist Vahe Makaryanın məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, o, bu məqalədə Azərbaycan hökumətinin Laçın şəhərinin ətrafında inşa etdiyi yoldan heyranlıq hisslərini gizlətməyib.

"Biz irəli hərəkət etdik və azərbaycanlıların inşa etdiyi gözəl yolun keyfiyyətindən heyranlıq duyduq", - jurnalist yazır.

V.Makaryan vurğulayır ki, azərbaycanlılar dağları qazıb, bir neçə ay ərzində tunel və körpülər tikib, dünya standartlarına uyğun yol çəkib.

"Yolun müəyyən hissəsindən başlayaraq Azərbaycan nömrələri ilə avtomobillər də qarşımıza çıxırdı və biz başa düşdük ki, ermənilər bu yolda sadəcə qonaqdır. Bu bizim yol deyil, sadəcə qonşu dövlət tərəfindən xoş məram göstəricisidir", - məqalədə deyilir.

O etiraf edir ki, yolun Ermənistan tərəfinə keçəndən sonrakı keyfiyyətini Azərbaycan hökumətinin inşa etdiyi hissənin keyfiyyəti ilə müqayisə etməyə dəyməz.

"Əlbəttə, burada təəssüratlar fərqlidir. Yol örtüyünün keyfiyyəti azərbaycanlıların tikdiyi ilə heç bir müqayisəyə gəlmir", - V.Makaryan yekunlaşdırıb.

(Tərcümə: Orxan Nəbiyev)