Obama Gülənin çevriliş planından xəbərdar idi
25-iyul-2016ABŞ Prezidenti Barak Obama öz adının Obama olduğundan nə qədər əmindirsə, bir o qədər də Fətullah Gülənin Türkiyədə hərbi çevrilişə cəhd etdiyindən əmin idi.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ bildirib.
"Mülki bürokratiya içərisində müəyyən səviyyədə olan insanlar FETÖ-cuların çevrilişə cəhd edəcəyindən xəbərdar idi. ABŞ kəşfiyyatının, Dövlət Katibliyinin çevrilişdən xəbərləri olduğuna əminəm", - Bozdağ qeyd edib.