Bu gün:
Xezer.info » Cəmiyyət » Özəl loqoped mərkəzində uşaqlara işgəncə verənlərin kimliyi məlum olub - DİN

Özəl loqoped mərkəzində uşaqlara işgəncə verənlərin kimliyi məlum olub - DİN


Özəl loqoped mərkəzində uşaqlara işgəncə verənlərin kimliyi məlum olub - DİN
Özəl loqoped mərkəzində uşaqlara işgəncə verənlərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək", - E.Hacıyev bildirib.

XXX

10:18

Səhiyyə Nazirliyi bildirir ki, ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.


Sosial şəbəkələrdə Bakıdakı reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntülər paylaşılıb.

Trend-in məlumatına görə, görüntülərdə uşaqların saçları yolunur, müxtəlif fiziki zorakılıqlara məruz qalırlar.

Hadisənin Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alındığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildiriblər ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.