Yunanıstan Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcək - Ərdoğan
02-sen-2022Yunanıstanın hərəkətləri Türkiyə-NATO münasibətlərinə mənfi təsir göstərməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərə müsahibəsində deyib.
“Türkiyə varsa, NATO bloku da güclüdür. Yunan tərəfinin NATO-da formalaşdırmağa çalışdığı mənfi təsəvvür Ankaranın Alyansla münasibətlərini zəiflətməyəcək”, - deyə Ərdoğan bildirib.