Bu gün:
Xezer.info » Media » Xarici domenli saytlar Media Reyesterinə necə düşəcək? - Ekspert ittiham etdi, MEDİA cavab verdi

Xarici domenli saytlar Media Reyesterinə necə düşəcək? - Ekspert ittiham etdi, MEDİA cavab verdi


Xarici domenli saytlar Media Reyesterinə necə düşəcək? - Ekspert ittiham etdi, MEDİA cavab verdi
“Media Reyesterilə bağlı hələ rəsmi qərar yoxdur. Reyesterin yaradılması ilə bağlı Prezident 6 ay müddət verib. Rəsmi şəkildə yaradılandan sonra saytların müraciət etməsi MEDİA-nın səlahiyyətindədir. Reyesterə daha çox Azərbaycan domenində olan saytların düşməsi mümkündür. Çünki az domenində olanlar Azərbaycan resursu sayılır. “Com”, “org” domenində olanlar Azərbaycan domeni deyil və Amerikada qeydiyyatdadır”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.
Ə. Məmmədli Media Reyesterində qeydiyyatla bağlı maraqlı məqamlara toxunub:
“Amerikada olan “com” domeninin burada qeydiyyata düşməsinin mənası yoxdur. Çünki bu, Azərbaycan seqmenti sayılmır. Azərbaycan seqmenti olmayan domenlərin burada qeydə alınması isə hüquqi baxımdan da normal deyil. Çünki mahiyyət etibarı ilə “az” domeni ölkəmizə aiddir. “Com”, “org”, “ru” tamamilə fərqli ölkələrin domenləridir və həmin ölkələrdə qeydiyyatda olurlar. Bu aspektdən baxanda media, xüsusilə jurnalistika fəaliyyətinə hər hansı bir məhdudiyyət qoyula bilməz. O baxımdan mənim rəhbərlik etdiyim media resursunun (Toplum.tv) hər hansı bir yerə müraciəti nəzərədə tutulmur”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan qanunvericiliyinin əhatə dairəsi yalnız Azərbaycan üçün keçərlidir:
“Məsələnin məntiqi və hüquqi tərəfi budur ki, “ru” ilə bağlı olan saytı necə qeydə ala bilərsiz? Çünki o, Rusiyaya aid domendir. Qayda qoyula bilər ki, Azərbaycan domenində yerləşən onlayn media qeydiyyata düşsün. Amma bu eyni zamanda digərləri fəaliyyət göstərə bilməz, onların ölkədə yayılması qadağandır anlamına gəlmir. Çünki qanunvericiliyə görə hər kəs istədiyi məlumatı ala bilər. Azərbaycanın qoşulduğu İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi deyir ki, hər kəs məlumatı ölkə sərhədlərindən asılı olmayaraq ala və yaya bilər. Yəni, həm siz informasiyanı xaricdən ala bilərsiz, həm də xaricə ötürə bilərsiz. Bu baxımdan “ru”, “com”, “org” domenlərinin Azərbaycanda yayılmasına tematik, məzmun baxımından hüquqa zidd hərəkət yoxdursa, heç kim bunu məhdudlaşdıra bilməz”.
Məsələ ilə bağlı Bakupost.az Medianın İnkişafı Agentliyinə sorğu göndərib.
Sorğuya cavabdan belə anlaşılır ki, xarici domenlərin reyestrə salınmasında heç bir hüquqi əngəl yoxdur:
“Media Reyestrinə daxil edilməli olunan subyektlər Azərbaycan Respublikası ərazisində təsis olunmuş media subyektləri və redaksiyalardır. Yəni hər hansı kütləvi informasiya istehsal edən və yayan onlayn media (veb-sayt) kommersiya subyekti kimi vergi orqanlarında qeydiyyatdan keçmişdirsə və ya qeydiyyatdan keçmiş hər hansı kommersiya subyektinin tərkibində redaksiya kimi fəaliyyət göstərirsə, Media Reyestrinə daxil edilmək üçün müraciət etməlidir.Həmin müraciət zamanı isə onlayn media subyektinin (veb-saytın)domen adı reyestrə təqdim edilir və bu zaman onunmilli və ya xarici domendən istifadə etməsinin hüquqi baxımından heç bir əhəmiyyəti yoxdur.
Məlumat üçün bildiririk ki, domen adlarının qeydiyyatı ilə Media Reyestrinin aparılması tamamilə fərqli məzmunda proseslərdir və onların biri-biri ilə eyniləşdirilməsinin hüquqi əsası mövcud deyildir”.