Yaxın günlərdə Mətbuat Şurasının İH-i qurultayın vaxtını müəyyənləşdirəcək, qurultayda yeni sədr seçiləcək
02-sen-2022"Azərbaycan Mətbuat Şurasının (MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək".
Bu barədə "Report"a açıqlamasında MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, qurultayda sədr seçkisi də baş tutacaq: "Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq".
Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in sədri Əflatun Amaşovdur.
Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun MŞ-nin sədrliyindən gedəcəyi, onu Rəşad Məcidin əvəzləyəcəyi barədə məlumat yayıb.