Bu gün:
Xezer.info » Siyasət » Prezident İlham Əliyevin İtaliyaya səfəri yeni əməkdaşlıq imkanlarının reallaşmasına imkan verəcək - Azər Badamov

Prezident İlham Əliyevin İtaliyaya səfəri yeni əməkdaşlıq imkanlarının reallaşmasına imkan verəcək - Azər Badamov


Prezident İlham Əliyevin İtaliyaya səfəri yeni əməkdaşlıq imkanlarının reallaşmasına imkan verəcək - Azər Badamov
Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatına malik və uğurlu beynəlxalq siyasət yürüdən ölkəsidir. Azərbaycan dünya coğrafiyasında Avropa ilə Asiya arsında əlaqələndirici misiyasını öz üzərinə götürmüşdür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün dünya siyasətində baş verən dəyişikliklər və Rusiya-Ukrayna müharibəsinin gətirdiyi yeni reallıqlar Azərbaycanın yeni dünya çapında əhəmiyyətini artırmışdır. Azərbaycanın ərsəyə gətirdiyi nəqliyyat dəhlizləri, Xəzər dənizinin potensialından səmərəli istifadə etmə imkanlarının təqdim etməsi, Bakı-Tiblisi- Qars dəmir yolunun istismara verilməsi və Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər dünya iqtisadiyyatının böhran yaşadığı bir zamanda yaratdığımız yeni perespiktivlərdir.

"Təbii ki, bu reallıqda Avropa İttifaqı ölkələri ilə əməkdaşlığmızda birinci yerdə İtaliya dayanır. İtaliya dünyanın ən iri iqtisadiyyatı olan 8-ci ölkədir. Həm də dünyanın Böyük Yeddilik ölkələri ilə iqtisadi əməkdaşlıqda İtaliya birinci yerdədir. İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır. Bu il ölkələr arası əlaqələrin qurulmasının 30 illiyi tamam olur və bu əlamətdar gündə Prezident İlham Əliyev İtaliyaya səfər etmişdir. Müstəqillik illərində Azərbaycan uğurlu iqtisadi siyasət yürütmüş və öz enerji resurslarını beynəlxalq bazarlara çıxardılması üçün yeni ixrac marşurutlarını ərsəyə gətirmək prioritetlərimizin zirvəsində olmuşdur. İtaliya Bakı-Tiblisi-Ceyhan əsas ixrac kəmərinin tikintisində yaxından iştirak etmiş və bu gün neft məhsullarına olan təlabatının 100%-ə qədərini məhz Azərbaycandan idxalla qarşılayır. İtaliya həm də Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində dəstək verən ölkələrin ön sırasında dayandı. Avropa İttifaqının bu gün yaşadığı qaz böhranı dövründə Azərbaycan qazının TAP-ın vaxtında reallaşması sayəsində İtaliya digər ölkələrə nisbətən enerji təhlükəsizliyini təmin etmiş ölkəyə çevirmişdir. Avropa İttifaqı ilə əldə olunmuş razılığa əsasən TAP vasitəsilə nəql olunan mavi yanacağın həcminin iki dəfəyə artırılması nəzərdə tutulur ki, bu da İtaliya bazarına ixrac etdiyimiz qazın həcminin artması deməkdir", - deyə millət vəkili qeyd edib..

A.Badamov vurğulayıb ki, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” ölkələrimiz arası əməkdaşlığın möhkəmlənməsində müstəsna əhəmiyyət daşıyır. Bu sənəd çoxşaxəli olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə hesablanmışdır. İmzalanmış sənədlərin uğurla icrası ölkələrimiz arası ticarət dövrüyyəsinin artmasına da müsbət təsir göstərmişdir.

"Beləki, ölklərimiz arası ticarət dövrüyyəsi 2021-ci ildə 8 milyard, cari ilin 8 ayında isə 11 milyard dolları keçmişdir. İtaliya şirkətləri ilə əməkdaşlığımız müdafiə, yüngül sənaye, energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti və digər sahələrdə günü-gündən genişlənir. İtaliyanın Azərbaycanda 150-yə yaxın şirkəti fəaliyyət göstərir və İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox, Azərbaycan isə İtaliya iqtisadiyyatına 135 milyon dollar investisya qoymuşdur. İtaliya Azərbaycanın kimya və metalorgiya sənayesinin yenidən qurulmasında iştirak edir. O cümlədən işğaldan azad olunmuş ərazilimizdə Türkiyədən sonra ikinci yerdə İtaliya şirkətləri iştirak edir. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturun yenidən qurulmasına, aqrar sahənin dirçəldilməsinə, emal sənayesinin formalaşmasına, faydalı qazıntı sənayesinin yenidən qurulnmasına və turizm sektorunun inkişafına töhfə verir", - deyə A.Badamov əlavə edib.

Millət vəkilisi sonda bildirib ki, cənab Prezidentin İtaliyaya səfəri yeni əməkdaşlıq imkanlarının reallaşmasına imkan verəcəkdir. Beləki səfər çərçivəsində ölkə başçımızın “The European House – Ambrosetti” nüfuzlu beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi iştirakı nəzərdə tutulur və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edəcəyi gözlənilir.

"Hesab edirəm ki, forumda iştirak edən Avropanın aparıcı şirkətləri də Azərbaycan iqtisadiyyatına investisya yerləşdirmək istəklərini bildirəcəklər. Azərbaycan bu gün siyasi sabitlik təmin olunmuş və dinamik iqtisadiyyata malik ölkədir. Həm də biz etibarlı tərəfdaşıq, imzalanmış müqavilələrin icrasında məsuliyyətli olduğumuzu sübut etmişik və əməkdaşlıq edən beynəlxalq partnyorlar xeyir görürlər. Bu gün Azərbaycanın investisya mühütü çox münbütdir və beynəlxalq investorlar üçün çox əlverişlidir. Ölkə başçımızın İtaliyaya səfəri həm ölkələrimiz arasındakı münasibətlərin daha möhkəmlənməsinə və həm də Avropa İttifaqı ölkələri ilə əməkdaşlığımızın genişləndirilməsinə yeni impuls verəcəkdir", - deyə o qeyd edib.