Bu gün:
Xezer.info » Qarabağ » Ötən ay azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB

Ötən ay azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB


Ötən ay azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina (cəmi 3 042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.