Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.
İndiyədək polis general-leytenantı rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.
Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.