Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçiriləcək
01-sen-2022Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
Qeyd olunub ki, görüş zamanı tərəflər sərhədin delimitasiyası ilə bağlı bütün məsələlər və sabit vəziyyətin necə təmin olunacağı ilə bağlı irəliləyişi nəzərdən keçiriblər. Sərhədin delimitasiyası ilə bağlı komissiyalarının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub.
“Biz nəqliyyat əlaqələrinin açılması şərtləri ilə bağlı aparılan müzakirələrin gedişi ilə tanış olduq.Bütün bu müzakirələrdə qeyd etmək istərdim ki, hər iki tərəfin əhalisini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir. Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ, həmçinin hər iki ölkənin və onların xalqının mənafeyi naminə iqtisadi inkişafın sürətləndirilməsinə təkid etməyə davam edəcək”, - deyə Şarl Mişel qeyd edib.
Qeyd edək ki, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.