Bu gün:
Xezer.info » Eksklüziv » Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələsində əhəmiyyətli dərəcədə irəliləyib - Lavrov

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələsində əhəmiyyətli dərəcədə irəliləyib - Lavrov


Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələsində əhəmiyyətli dərəcədə irəliləyib - Lavrov
Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrup Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmaların əldə olunması məsələsində əhəmiyyətli dərəcədə irəliləyib.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə mətbuat konfransı zamanı deyib.

"Regionda ticari, iqtisadi, nəqliyyat əlaqələrinin açılması məsələləri ilə Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli qrup məşğul olur. Üç ölkə liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli qərarı ilə yaradılmış üçtərəfli qrup nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmaların əldə olunması məsələsində əhəmiyyətli dərəcədə irəliləyib. Ümid edirəm ki, bu razılaşmalar yaxın zamanlarda rəsmiləşəcək. Vacib olan odur ki, bu iş geniş nəqliyyat layihələri ilə, o cümlədən "Şimal-Cənub" dəhlizi kimi layihələrlə sıx əlaqədə aparılır", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)