Bu gün:
Xezer.info » İqtisadiyyat » Dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsində dəyişiklik edilib

Dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsində dəyişiklik edilib


Dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsində dəyişiklik edilib
Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”ndə dəyişiklik edib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na məlumatları daxil edəcək.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üçün “Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbilər” informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi məhdudiyyətsiz olacaq. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üçün isə “Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbilər”, “Audit jurnalı” informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi məhdudiyyətsizdir.

Hər üç qurum üçün "Sərhədkeçməyə məhdudiyyət siyahısı"ndan istifadəyə buraxılış dərəcəsi isə məhdudlaşdırılmış olacaq.