Kərim Vəliyev: “Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”
30-avq-2022“100 il əvvəl qazanılmış bu şanlı qələbə Türkiyə tarixinin ən şanlı qələbəsindən biridir. İki qardaş ölkə arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində inkişaf edir”.
Oxu.Az xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında mədəni, dini, tarixi əlaqələr hərb sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar yaradır:
“Bu birlik regionda sabitliyin və əmin-amanlığın qorunmasına xüsusi töhfə verir”.
“Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”- deyə Kərim Vəliyev bildirib.