Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir - Hulusi Akar
30-avq-2022Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın 30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününə həsr olunmuş müraciətində deyilir.
Nazir qeyd edib ki, Türkiyə əsgəri tarix boyu Vətənin keşiyində dayanıb, onun mənafeyini qoruyub.
"Başda Azərbaycan və Liviya olmaqla dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin haqq işini dəstəkləyirik, həmçinin NATO, Aİ, BMT, ATƏT və ikitərəfli müqavilələr çərçivəsində Qətər, Somali, Kosovo və Bosniya və Herseqovinada uğurla xidmət etməklə regional və qlobal sülhə töhfə veririk", - deyə H.Akar bildirib.