Tramp dərhal yeni prezident seçkilərinin keçirilməsinə çağırıb
30-avq-2022ABŞ-ın keçmiş prezidenti Donald Tramp dərhal yeni prezident seçkilərinin keçirilməsinə çağırıb.
Trend xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"İndi aydın oldu ki, FTB seçkidən əvvəl Hanter Baydenin noutbuku ilə bağlı məsələni unutdu, çünki onlar bilirdilər ki, əgər belə etməsələr, "Tramp 2020-ci il prezident seçkilərində asanlıqla qalib gələcəkdi". Bu, ölkəmizdə indiyədək heç vaxt görünməmiş səviyyədə seçkilərə böyük saxtakarlıq və müdaxilədir. Həll yolu əsl qalibi elan etmək və ya ən azı 2020-ci il seçkilərini baş tutmamış saymaq və yeni seçkilər keçirməkdir", - deyə keçmiş ABŞ prezidenti bildirib.