Bu gün:
Xezer.info » Cəmiyyət » Abşeronda yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb

Abşeronda yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb


Abşeronda yaşayış binasında yaranmış təhlükə aradan qaldırılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kimpleksində çoxmərtəbəli yaşayış binasının fasadında kondisioner mühərrikinin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.

NAzirlikdən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onbirmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində fasad hissədə kondisioner mühərrikinin asılı vəziyyətdə qalması və hər an qırılaraq ətrafdakı insanlar üçün təhlükə törətmə riskinin yüksək olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.