Bu gün:
Xezer.info » Hadisə » Tovuzda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Tovuzda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb


Tovuzda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb
Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düz Qırıqlı kəndində qeydə alınıb.

Yük maşının minik avtomobilinə çırpılması nəticəsində minik avtomobilində olan bir ailənin 3 üzvü - 1988-ci il təvəllüdlü N.Mustafayev, 1995-ci il təvəllüdlü G.Cəfərova və 1953-cü il təvəllüdlü T.Mustafayeva xəsarət alıblar.

Onlardan birinə ambulator yardım göstərilib, digərləri xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.