İbrahim Rəisi: “Qonşu ölkələrdən İrana müalicə almaq üçün gələn xəstələrin sayı artıb”
28-avq-2022“Qonşu ölkələrdən İrana müalicə almaq üçün gələn xəstələrin sayı artıb”.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
Onun sözlərinə görə, İran tibbi xidmətlər üçün regional mərkəz hesab olunur. Rəisi deyib ki, İranın bir çox şəhərləri səhiyyə mərkəzləri hesab edildiyi üçün tibb elmləri baxımından ölkə regionda və dünyada ideal mövqeyə malikdir.
“Qonşu ölkələrin vətəndaşları deyirlər ki, əvvəllər müalicə üçün Avropaya gedirdilərsə, indi tibbi xidmət üçün İrana gəlməyə üstünlük verirlər. İranda istifadə olunan dərmanların 90 faizindən çoxu yerli istehsaldır və İran hazırda əczaçılıq məhsullarının əsas ixracatçısıdır”.