Bu gün:
Xezer.info » Dünya » ABŞ HDQ-nin gəmiləri Tayvan boğazına daxil olub

ABŞ HDQ-nin gəmiləri Tayvan boğazına daxil olub


ABŞ HDQ-nin gəmiləri Tayvan boğazına daxil olub
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Tayvan boğazından keçir.

Trend xəbər verir ki, bu barədə ABŞ Administrasiyasının üç nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Vaşinqton və Pekin arasında gərginliyi artıran Taybeyə səfərindən sonra ilk belə təlimdir.

Qeyd edilir ki, gəmilərin keçidi beynəlxalq sularda həyata keçirilir, əməliyyat "Antietam" və "Chancellorsville" kreyserləri tərəfindən həyata keçirilir.