Brüsseldə keçirləcək Azərbaycan və Ermənistan liderlərinin görüşündən nə gözlənilir? - AÇIQLAMA
27-avq-2022Bu ayın sonunda Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq.
Trend xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı qeyd edib.
O bildirib ki, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.
Eyni zamanda, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri ayın sonunda Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər.