Azərbaycan və Türkiyə Ermənistanla normallaşma prosesi üçün çalışır - Prezidentin köməkçisi
27-avq-2022Azərbaycan və Türkiyə Ermənistanla normallaşma prosesi üçün çalışır.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı qeyd edib.
O əlavə edib ki, Azərbaycan və Türkiyə regionda sülhün tərəfdarıdır.
“Bunun üçün də Ermənistana əl uzadılıb. Hər iki ölkə normallaşma prossesi üçün çalışır və Ermənistan üçün yaxşı tərəfdaş ola bilər”, - deyə H.Hacıyev vurğulayıb.