Bu gün:
Xezer.info » Siyasət » Türk Dövlətləri Təşkilatı Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayır

Türk Dövlətləri Təşkilatı Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayır


Türk Dövlətləri Təşkilatı Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayır
Türk Dövlətləri Təşkilatının Katibliyi 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin icrasının davamı kimi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayır.

Bu barədə Trend təşkilatın baş katibi Bağdad Amreyevin bəyanatına istinadən xəbər verib.

Təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha təsdiq edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirib.

Təşkilat diplomatik səylərin vacibliyini vurğulayır və Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtmasına xidmət edəcək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdardır.