Bu gün:
Xezer.info » İqtisadiyyat » "Azərenerji" Laçında fəaliyyətə başlayıb

"Azərenerji" Laçında fəaliyyətə başlayıb


"Azərenerji" Laçında fəaliyyətə başlayıb
Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

Bu barədə ASC-dən Trend-ə daxil olan məlumatda deyilir.

"Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb", - məlumatda qeyd edilib.