Bu gün:
Xezer.info » Dünya » Rusiya Silahlı Qüvvələrinin sayı artırılır - Putin fərman imzaladı

Rusiya Silahlı Qüvvələrinin sayı artırılır - Putin fərman imzaladı


Rusiya Silahlı Qüvvələrinin sayı artırılır - Putin fərman imzaladı
Rusiya Silahlı Qüvvələrinin sayı 2,39 milyon nəfərədək artırılacaq.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd olunur ki, bu göstəricinin 1,15 milyon nəfəri hərbi qulluqçular, digərləri mülki şəxslər olacaq.

Fərman yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibi 1,9 milyon nəfərdən çoxdur və bunun 1,013 nəfərini hərbi qulluqçular təşkil edir.