Bakıda küçələrdən birində hərəkət dayandırılacaq
25-avq-2022"Bu gündən paytaxtın Tblisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq".
Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yeniləməsidir: "Bununla bağlı qeyd olunan yollar 25 avqust 18:00-dan 27 avqust saat 08:00-a qədər bağlı olacaq. Həmin müddətdə Tblisi prospektindən hərəkət yalnız Şəfayət Mehdiyev küçəsinə istiqamətinə mümkün olacaq".
"Yol polisi sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edib", - DYP rəsmisi vurğulayıb.