Tarif Şurası: “Aksiz dərəcəsi üzrə dəyişiklik yanacağın pərakəndə satış qiymətinə təsir göstərməyəcək”
24-avq-2022Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.
Bu barədə “Report”a Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib.
Şuranın məlumatında bildirilir ki, ümumiyyətlə qeyd olunan məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.