Bu gün:
Xezer.info » Eksklüziv » Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb


Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 24-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.