Bu gün:
Xezer.info » Siyasət » Fətullah Gülən Misirdən siyasi sığınacaq ala bilər

Fətullah Gülən Misirdən siyasi sığınacaq ala bilər


Fətullah Gülən Misirdən siyasi sığınacaq ala bilər
Türkiyənin tələbi ilə rəsmi Vaşinqton Nurçuluq Hərəkatının dini lideri Fətullah Güləni deportasiya edəcəyi halda, o Misirdə siyasi sığınacaq ala bilər.
Axar.az xəbər verir ki, bu sözləri Misirin sabiq prezidenti Adil Mansurun müşaviri, jurnalist Əhməd Müsəlmani deyib. “Misir Güləni niyə də qəbul etməsin ki? Bu, Türkiyə qarşısında Misirin mövqeyini gücləndirər”, – deyə Müsəlmani bildirib.
Qeyd edək ki, jurnalistin bu fikirləri Misir ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri Müsəlmanini satqınlıqda da ittiham edib.