Reaktiv mühərriklər üçün idxal gömrük rüsumu ləğv edilib
23-avq-2022Nazirlər Kabinetinin bir neçə qərarlarında dəyişiklik edilib.
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.08.2022 tarixli 323 nömrəli Qərarı ilə ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın aksiz dərəcəsi 2022-ci ilin sonunadək hər tonuna görə 1 manat təsbit edilib.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.08.2022 tarixli 324 nömrəli Qərarı ilə ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu 2022-ci ilin sonunadək 0 faiz təsbit edilib.