Nazir: "AMEA-nın tabeliyindəki müəssisələrdə ixtisar nəzərdə tutulmur"
23-avq-2022"Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki institut və təşkilatlarda olan ştat cədvəllərində dəyişiklik və ixtisar nəzərdə tutulmur".
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əsas məsələ Elm və Təhsil Nazirliyi ilə AMEA-nın bir-birinə inteqrasiya olunmasıdır.
"Yaxın aylarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq", - nazir bildirib.