Sertifikasiyadan sonra müəllim, direktor və müavinləri maaşdan əlavə nə qədər vəsait alacaq? - CƏDVƏL
22-avq-2022Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr:
Təhsilalanların sayı
(hər il yanvarın 1-i tarixinə)
Direktorun vəzifə maaşına aylıq əlavə (manatla)
Direktor müavininin vəzifə maaşına aylıq əlavə
(manatla)
500-dən 700-dək
600
200
700-dən 900-dək
750
250
900-dən 1300-dək
900
300
1300-dən 1700-dək
1050
350
1700-dən 2100-dək
1200
400
2100-dən 2500-dək
1350
450
2500-dən çox
1500
500
Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr:
Sertifikatlaşdırmanın nəticəsi üzrə
Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)
keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış
təhsilverənlərə
35
keçid balını toplamış digər
təhsilverənlərə
10