Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
21-avq-2022Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. "Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək", - Soylu bildirib.
Qeyd edək ki, qəza bir neçə avtomobilin, o cümlədən yük maşınının toqquşması ilə baş verib.
00:20
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 19 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, xəsarət alan 26 nəfərdən 6-sının vəziyyəti ağırdır.
2022-08-20 22:20
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.
"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".