Akar: "Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə üçtərəfli görüş keçirə bilər"
20-avq-2022"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibə başlayana kimi bunun qarşısını almağa çalışırdı".
"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar BMT Baş katibi Antonio Quterreşlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Nazir daha sonra Türkiyə liderinin müharibədən bir gün əvvəl rusiyalı həmkarı Vladimir Putinlə danışdığını xatırladaraq deyib: "Dövlət başçımız səylərini davam etdirəcək. Belə bir fürsət olarsa, Prezidentimiz həm rusiyalı, həm də ukraynalı həmkarı ilə görüşəcək. O, bundan məmnun olacaq".