Bu gün:
Xezer.info » Cəmiyyət » Kəmaləddin Heydərov tapşırıq verdi: Dərhal tədbir görülsün!

Kəmaləddin Heydərov tapşırıq verdi: Dərhal tədbir görülsün!


Kəmaləddin Heydərov tapşırıq verdi: Dərhal tədbir görülsün!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirib.

FHN-dən Axar.az-a verilən məlumata görə, Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi də vətəndaşları qəbul edib.

Ümumilikdə, müraciət etmiş 200-dən artıq vətəndaş qəbul edilib.