Bu gün:
Xezer.info » Müsahibə » “Uğur yolu”nun qəhrəmanından - Müsahibə

“Uğur yolu”nun qəhrəmanından - Müsahibə


“Uğur yolu”nun qəhrəmanından - Müsahibə
“Formula 1” yarışmasının Bakı mərhələsinin könüllüləri hazırda cəmiyyətin gündəmindədir. “Mənim uğurum” videorolikləri ilə bir gündə sosial şəbəkənin ən çox müzakirə olunan personalarına çevrilən gənclər həm də ciddi tənqid hədəfidir. Çoxları onları “Mənim uğurum” adı ilə təqdim etdikləri həyat hekayəsinin mənasızlığına, bir çoxları isə şit danışıq tərzinə görə tənqid edir.

“Xezer.info” xəbər verir ki, musavat.com-un əməkdaşı onlardan biri ilə danışıb, bu reaksiyalara və ümumiyyətlə, “uğur hekayəsi”nə işıq salıb. Əfsanə Rzayeva müsahibəni təqdim edirik.

- Əfsanə xanım, öncə ondan başlayaq ki, sizin iştirakınızla hazırlanan video rolik sosial şəbəkədə birmənalı qarşılanmadı. Reaksiyalar barədə məlumatlısızmı?

-Bəli məlumatlıyam. Yazıları izləməsəm də, dostlarım, yaxınlarım yazılanları mənə bildirir. Yazılarda təhqir və tənqidlər var. Tənqidlər normaldır. Olmalı idi. Amma təhqirlər yolverilməzdir.

-Sizcə, insanlarda bu roliklər niyə tənqid, bəzən də qıcıq oyatdı?

-Əslində bunu tam anlamış deyiləm. Biz könüllü dostlarımızla bugün özümüzün qazandığımız uğurları bölüşdük. Onları da təşəbbüskar olmağa, hər zaman inkişaf etməyə, öz üzərlərində çalışmağa çağırdıq.

- Sizi daha çox jestlərinizə, eləcə də danışdığınız “uğur hekayə”sində uğur detallarının olmamasına görə qınayırlar. Məsələn, bu cür jestlərlər danışmaq öz ideyanızdır, ya trenerinizin təşəbbüsüdür?

-Bizi günahlandırırlar ki, biz uğur qazanmamışıq danışanda jestikulyasiyadan çox istifadə edirik. Biz belə birisiyik və bu məsələ bu qədər müzakirə olunmalı deyildi. Əslində, bizləri tənqid edənlərin böyük əksəriyyəti bizi hədəf kimi göstərirdilər, amma biz bunda günahkar deyilik. Biz də bu ölkənin gəncləriyik və inkişaf edib uğur qazanmaq istəyirik.

-Gəlin dəqiqləşdirək. Bu cür danışıq tərzi öz ideyanız idi, ya trenerinizin məsləhəti?Çünki hamınız təxminən eyni üslubda, eyni jestlərin müşayiəti ilə danışırsız.

-Bizə “sərbəst olun” deyilmişdi. Başqa heç bir şey. Biz realda da emosionalıq hər üçümüz. (gülür) Həm emosiyalarımızınaşırıbəlirgin olması və həyəcan nəticəsində jestlərimiz abartılı oldu. (gülür)

-Doğrudanmı bu yaşadıqlarınızı özünüzün uğur hekayəsi, uğur yolu hesab edirsiz və niyə?

-Əlbəttə. Çünki orda sadaladıqlarımız sadəcə əldə etdiyimizin 10% idi. Həm uğur anlayışı hər birimiz üçün eyni deyil. Ola bilər siz daha çox uğur əldə edibsiniz. Və bizim uğurumuz sizə cılız gələ bilər. Amma bir yerdən başlamalıydıq. İnsanlar böyük uğurları birdən əldə etmir ki. Hər şey kiçik uğurlardan başlayır.

-Digər uğur hekayəsinin qəhrəmanı Naylə xanımın səhhəti ilə bağlı gerçəkdən problem olubmu? Onunla əlaqə yarada bilmədik, ona görə sizdən soruşuruq. Hər şey tənqidlərə görə olub?

-Dünən xəbəri yayılan həmkarım Naylə Axundzadə idi. Bəli halı pisləşdi. Amma artıq hər şey yaxşıdır. Və Naylə demişkən, insanlar xanımın adının Nailə olub, bizim savadsızca Naylə yazdığmızı vurğulayırlar. Amma bildirmək istəyirəm xanımın adı Nailə yox, Naylədir. Sualınıza gəlincə, bəli olub. Bütün sosial şəbəkə hesablarını bağlayıb. Çünki Naylə xanım burada tək yaşayır. Və birdən-birə təhqirlərə həqiqətən tab gətirə bilmədi. Amma indi yaxşıdır.Tənqid yox, təhqirlərə görə oldu hər şey. Tənqid edənlərin başımız-gözümüz üstdə yeri var. Amma təhqirlər alçaldıcı idi. Bir insanın atasına qədər təhqir edildi. Amma o xanımın atası yox idi.

- Hesab edək ki, oyunlar bitdi... Ondan sonra nə edəcəksiz? “Uğur yolu”nuzu necə davam edəcəksiz?

-Oyunlardan sonra, artıq 4cü kursa keçirəm. Qarşımda magistraturaya hazırlıq mərhələsi var. Uğur yolumun bir parçası bu olacaq. Başqa yenilikləri isə zaman göstərəcək.

-Gələcəkdə özünüzü harada görürsüz Əfsanə xanım? Siyasətdə, sənətdə...., harada?

- Videoda bəlirtdiyim kimi tarix mənim üçün hər şeydir. Magistr tarix üzrə oxuyub, ixtisasımı da bu üzrə aparacam.

- Sizi itirilmiş gənclik hesab edənlərə bir cavabınız olacaqmı?

-Xeyr. Şəxsi düşüncələridir. Hörmətlə yanaşırıq hər birimiz. Hər şeyi zaman göstərəcək onsuz da.
“Uğur yolu”nun qəhrəmanından - Müsahibə