Bu gün:
Xezer.info » Cəmiyyət » TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb

TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb


TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb
TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib. Onlardan 2-sinin vəziyyəti çox ağır, 3-nün durumu isə ağır stabildir.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub.

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.

Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.