Bu gün:
Xezer.info » Manşet » İlham Əliyev qəzetlər üçün yardım ayırdı - SƏRƏNCAM

İlham Əliyev qəzetlər üçün yardım ayırdı - SƏRƏNCAM


İlham Əliyev qəzetlər üçün yardım ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.