Bu gün:
Xezer.info » Siyasət » XİN Ermənistan və Türkiyə arasında növbəti görüşün sentyabrda olacağını təsdiqləməyib

XİN Ermənistan və Türkiyə arasında növbəti görüşün sentyabrda olacağını təsdiqləməyib


XİN Ermənistan və Türkiyə arasında növbəti görüşün sentyabrda olacağını təsdiqləməyib
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyanın növbəti görüşünün sentyabrda keçiriləcəyi ilə bağlı iddiaları təsdiqləməyib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Vahan Unanyan münasibət bildirib.

O deyib ki, hazırda bu barədə razılıq yoxdur. Unanyan əlavə edib ki, xüsusi nümayəndələrin görüşləri barədə ictimaiyyətə əvvəlcədən, vaxtında məlumat veririk.