Bu gün:
Xezer.info » Siyasət » İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib

İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib


İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.