Bu gün:
Xezer.info » Cəmiyyət » Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB: Əlavə vaxt verildi

Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB: Əlavə vaxt verildi


Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB: Əlavə vaxt verildi
Müəllimlərin işə qəbulunun elektron qaydada həyata keçirildiyi miq.edu.az saytı çöküb. Gecə ilə saytda vakansiyalara giriş bloklanıb, namizədlər yerləşdirmə edə bilməyiblər.

Bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb. Belə ki, bu gün saat 11:00-a qədər vakansiya seçiminin başa çatacağını nəzərə alsaq müəllimlər seçim edə bilmədiklərindən narazılıq edirlər. Gecə saatlarından vakansiya bölmələri bağlanıb.

Bəzi müəllimlər seçimlərin saxtalaşdırıldığını iddia edirlər.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq.

Ötən gün miq.edu.az saytında nə baş verib, problem nədən qaynaqlanıb? Müəllimlər tərəfindən sosial şəbəkələrdə paylaşılan iddialar nə qədər doğrudur? Dünən saytda yaranan problem səbəbindən itirilən zaman, namizədlərə yenidən vakansiya seçimi üçün qaytarılacaqmı? Şərait yaradılacaqmı?

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu ilə bağlı elektron vakansiya seçimi prosesində qeydə alınan problem gündəlik olaraq gecə saatlarında serverlərdə ehtiyat nüsxələrin alınması ilə bağlı olub:

“Belə ki, avqustun 4-dən başlanılan vakansiya seçiminin 8 avqust saat 11:00-da yekunlaşması ilə əlaqədar namizədlərin həmin gün saat 00:00-dan sonra miq.edu.az saytında daha aktiv olması və serverlərdə müvafiq işlərin aparılması sistemdə yüklənməyə səbəb olub. Yüklənmə nəticəsində yaranan problem saat 02:41-də aradan qaldırılıb. Vətəndaşların müraciətlərində heç bir dəyişiklik faktı qeydə alınmayıb.

Bununla yanaşı, vakansiya seçimi prosesi üçün namizədlərə əlavə 3 saat vaxt verilib. Seçim prosesi bu gün saat 14:00-da başa çatacaq”.