Bu gün:
Xezer.info » Dünya » Ərdoğan Azərbaycanın Londondakı səfirliyinə hücumdan DANIŞDI

Ərdoğan Azərbaycanın Londondakı səfirliyinə hücumdan DANIŞDI


Ərdoğan Azərbaycanın Londondakı səfirliyinə hücumdan DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar", - Türkiyə lideri qeyd edib.