MSK-da yeni şöbə və sektorlar yaradılıb, daha bir şöbənin adı dəyişdirilib
04-avq-2022Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin strukturunda dəyişiklik edilib.
“Report”un xəbərinə görə, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
R.Qasımov bildirib ki, MSK-da bir qrup formalaşdırılıb: “Araşdırma nəticəsində qərara gəlinib ki, Katiblikdə yeni formatda dəyişikliklərin edilməsinə ehtiyac var. Ona görə də belə qənatə gəlinib ki, İnsan resursları sektoru yaradılsın".
MSK sədrinin müavini həmçinin qeyd edib ki, digər bir məsələ isə kommunikasiya ilə bağlıdır: "Bütün bunları nəzərə alaraq, Media və ictimai əlaqələr şöbəsinin adının dəyişdirilərək Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilib. Bundan əlavə Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb".
R.Qasımov həmçinin əlavə edib ki, seçkilərlə bağlı Siyasi partiyalarla iş və siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektorları fəaliyyət göstərir.