Bu gün:
Xezer.info » Cəmiyyət » “Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq” - Müdafiə Nazirliyi

“Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq” - Müdafiə Nazirliyi


“Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq” - Müdafiə Nazirliyi
“Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”, - deyə məlumatda qeyd olunur.