Davudoğlundan Öztürklə bağlı - Şok açıqlama
20-iyul-2016Sabiq baş nazir Əhməd Davudoğlu Türkiyədə baş verən hərbi çevrilişə cəhdin əsas təşkilatçısı, keçmiş Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Akın Öztürk barədə ilginc açıqlama verib.
Axar.az-ın məlumatına görə, “Xəbərtürk” telekanalının qonağı olan Davudoğlu Öztürkün başqa qüvvələrə çalışdığını öncədən bildiklərini deyib:“Düşünün, əgər Akın Öztürk Hava Qüvvələrində komandan vəzifəsini icra etsəydi, bu gün necə bir tabloyla qarşı-qarşıya qalardıq, hər halda, hər kəs təxmin edər. Gün keçdi, artıq daha rahat deyə bilərik. Akın Öztürk Hava Qüvvələri komandanı olduğu halda niyə vəzifəsindən kənarlaşdırıldı? Əslində, onun səlahiyyət müddəti bitməmişdi. Prezidentimiz və Hulusi akin-ozturkAkarla keçirdiyimiz müşavirələrdə bu barədə danışmışdıq. Keçən ildən bəri də tədbir görməyə başladıq”.
Xatırladaq ki, A.Öztürk 2015-ci ilin avqustunda Hava Qüvvələri komandanı vəzifəsindən kənarlaşdırılaraq Ali Hərbi Şuranın üzvü seçilib.