Bu gün:
Xezer.info » Siyasət » Rusiyada da “general ovu” başladı –FTX əməliyyatı

Rusiyada da “general ovu” başladı –FTX əməliyyatı


Rusiyada da “general ovu” başladı –FTX əməliyyatı
İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin binasında Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən axtarışlar aparılır.

Bu barədə güc strukturlarında olan mənbəyə istinadən “Moskovski komsomolets” məlumat yayıb.

Məlumata görə, axtarışı FTX-in əməkdaşları aparır. İstintaq Komitəsinin generalı Denis Nikandrov saxlanılıb.

Eyni zamanda “Layf” telekanalı iki generalın saxlanılması haqqında məlumat yayıb. “MK” mənbəsi əlavə edib ki, İstintaq Komitəsinin tədbirləri bu yaxınalrda “qanuni oğru” Şakro Molodyun saxlanılması ilə əlaqədardır.

Oxu.Az