Bu gün:
Xezer.info » Cəmiyyət » Sabunçuda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabunçuda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


Sabunçuda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Sabunçuda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 30 iyul saat 08:00-dan 31 iyul saat 20:00–dək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə qurum bildirib.