AMEA-nın binası nazirliyə verilə bilər? - AÇIQLAMA
29-iyul-2022“Prezidentin fərmanında AMEA-nın hansı institutlarının əmlakı ilə, hansılarının isə əməkdaşları ilə birlikdə Elm və Təhsil Nazirliyinə verilməsi öz əksini tapıb”.
Oxu.Az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əmlakı ilə birgə verilən institutların heç biri bu binada yerləşmir:
“AMEA-nın Rəyasət Heyətinin hazırkı binasının hansısa nazirliyə verilməsi nəzərdə tutulmayıb. Əmlakı ilə birlikdə Elm və Təhsil Nazirliyinə verilən institutların heç birinin struktur bölmələri AMEA-nın Rəyasət Heyətinin oturduğu binada yerləşmir”.
“AMEA-nın əsas binasında struktur bölmələri olan və Elm və Təhsil Nazirliyinə verilən institutların əməkdaşları başqa harada fəaliyyət göstərə bilərlər? Həm də onların akademiya binasında qalması elm və təhsilin inteqrasiyası üçün ən yaxşı imkan ola bilər”, - deyə İ.Həbibbəyli qeyd edib.